Четверг, 25.04.2024, 18:21
ƏYLƏNCƏ DÜNYAN
Приветствую Вас STATUS | RSS

BÖLMƏLƏR
KATEQORİYA
Musiqi [3]
Şəkil [0]
Animasiya [1]
Proqramlar [5]
Oyun [5]
Web Master [4]
Xəbərlər [9]
Avto Dünya [0]
Teleserial [0]
Yumor [1]
Mobil Dünya [2]
İdman [0]
HOST [3]
QARADAQIRMIZI
MİNİ ÇAT
STATİSKA

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Форма входа
Главная » Файлы » HOST

QARAQANA 10 SUAL İntervyu
24.09.2010, 18:23
QARAQANA 10 SUAL
İntervyu

QaraQan Qayıtdı?
(Gulur) Hə, qayıtdı. Nə qədər pisləsəmdə hamı bilir vətənimi sevirəm.
Bilirsən ki, saysıb-hesabsız dinləyici və oxucuların var.. Sən bu məsuliyyəti oz uzərində necə hiss edirsən? Gələndən dəyişiklik hiss etmisən?
Duzdu məni dəstəkləyən adam coxdu. Bunu elə əsgərlikdə də hiss edirdim. Amma Bakıya qayıdanda daha bir xoş hadisənin şahidi oldum. Bir vaxtlar fanat kütləsində çox qəribə adamlar var idi. Adam lap təəccüblənirdi ki, axı bu adam nə qanır bizim mahnılardan? Bu niyə bizi dinləyir ki? İndi üstündən iki il keçib və ətrafimda çox savadlı və dünyagörüşlü uşaqların dinləyicilərin olduğunu hiss edirəm. Bu insana güc verir və eyni zamanda məsuliyyəti artırır. Axı bu yeni nəsil artıq Nitşedən Kafkaya kimi hamını tanıyır. Və onlara daha güclü şeylər vermək lazımdı.
Xaricdə oldun? Bu barədə nə deyə bilərsən?
Əsgərlikdən sonra qacdım Avropaya ki, bir az beynim dincəlsin. Özünüz bilirsiz, əsgərlik elə yerdir ki, yeni hadisə çox az hallarda baş verir və beyin haradasa yatır. Və birdən Bakıya qayıdanda intervyular, proektlər, şayələr, sözlər.. Müxtəlif insanlar.. Bunları görüb hiss etdim ki, hələ hazır deyiləm. Dincəlmək lazımdı. Azərbaycan dilində bir dənə də kəlmə işlətməyib yad yerlərdə tanımadığın küçələrdə sadəcə bilmədiyin yerlərə doğru addımlamaq çox gözəldi. Özünü dünyanın sahibi hiss edirsən. Ya da dünyanın qonağı.
İndi hal-hazirda iş gцrьrsən, yeni planlar necədi?
Hal-hazırda bütün qüvvəm ilə konsertə hazırlaşıram. Azərbaycanda heç vaxt olmayan bir konsert etmək istəyirəm. Düzdü hələ bilmirəm dinləyicilərin reaksiyası necə olacaq. Yəqin ki, oktyabr ayına təsadüf edəcək. Həm özüm də mikrofon üçün çox darıxmışam.
Bəs sənin ucun darıxanlar var?
Hə, elə bu da maraqlıdı. Bunu da konsertdə biləcəm. Yəni o yazılan smslər, məktublar nə dərəcədə doğrudur. Yəni görəsən bu adamlar yalandan yazır, yoxsa doğrudan dəstəkləməyə hazırdılar? Bunu konsertə gələnlərin sayı ilə biləcəm. Yəni doğrudan bu millətə Qaraqan lazımdı, yoxsa elə Yeni ulduzlarla kifayətlənirlər.
Yəni demək istəyirsən ki, məsələ səndə deyil, xalqdadı?
Əlbəttə, biz əslində kimi ki, xalqın güzgüsü. Yəni biz insanları dəyişmirik. İnsanlar öz səhnəsini dəyişir. Və millət inkişaf etdikcə onun mənəviyyatı genişləndikcə ona daha artıq mənəvi qida lazım olur. Yəni hardasa yüz il əvvəl bir "Hind filmi” bütün Azərbaycanı ağlada bilərdi. Amma bu gün, insanlar daha gözü açıqdı. Və onların hisslərinə toxuna bilmək üçün çox keyfiyyətli çox dərin şeylər düşünmək lazım olur. Əslində buna sevinirəm ki, gənclərimiz oz dunya gormuş babalarından qat-qat ağıllıdılar.
Qısa Qapanma çıxandan sən bu haqda heç nə demədin..bəlkə nəsə deyəsən?
Qısa Qapanma albomu əslində mənim öz şəxsi, çox intim hisslərimdən bəhs edir. Bu albomu yazarkən də anlayırdım ki, çox adam bunu başa düşməyəcək. Və gördüyünüz kimi albom çıxanda heç bir partlayış və sensasiya baş vermədi. Sadəcə sakit, anlaşılmaz mahnıların toplusu. Amma camaat bir şeyin şahidi olacaq. Qısa Qapanmanın yenidən dirilişinin. Yəni adım kimi əminəm ki, bu treklər bir neçə müddətdən sonra eyni dinləyicilərə tam yeni treklər kimi gələcək. Elə bil heç vaxt o mahnıları dinləməmiş kimi olacaqlar. Çünki hər trek bir neçə qatdan ibarətdi. Mən özüm də dinləyəndə hər dəfə başqa hisslər keçirə bilirəm. Niyəsə bu albomu "Yüz ilin tənhalığı” əsərinə bənzədirəm. O əsəri neçə dəfə oxusan hər dəfə yeni hisslər keçirirsən.
Şayələr haqda nə deyə bilərsən?
Buna cox normal baxıram. Yəni bizi Satanist, Yalançı, Mason, Vahabi, Nurçu, Anarxist, Yad Planetli və.s adlandırdılar. Bu çox adi haldır. İnsanlar həmişə yeni cıxan, tanış gəlməyən şeylərə daha qorxunc və nəhəng mənalar verirlər. Yəni bu insanın qanında və genindədir. Həmişə üzdə olan adi hadisənin cox dərin alt qatını və əfsanəsini qurular. Lap qədim zamanlarda insanlar Şimşəyə baxıb uydurmuşdular ki, bu buludların üstündə uzun saqqallı Zevsdir. O yuxarıdan qılınclarını atanda burada şimşək çaxır.
Yəni adi təbiət hadisələrindən poemalar, dastanlar yaradan insanlar bizi də hansısa bir qeyri adi qüvvəyə çevirməli idi. Və əslində bu şayələri eşidəndə sevinirəm. Deməli millətimizin yaradıcılıq qabiliyyəti hələ də var. Və çox istedadlı dedilər-qodularla şifahi xalq ədəbiyyatımız inkişaf edir.

Yeni albom gozlənilirmi? Ya yeni roman?

Əlbətdə, yeni albom uzərində işləməyə başlamışam. Amma yenə də dediyim kimi bu bir ay sonra olacaq Konsertdən çox asıllıdır. Yəni insan bir şeydən stimul, həvəs almalıdır. Alqışlara və sevgiyə ehtiyacım var. Yalnız onlardan sonra biləcəm ki, gənclərin yeni alboma və ya kitaba ehtiyacları varmı. İndi isə var gücümlə Konsertin üzərində çalışıram. Gənclərə layiq olduqlarını vermək lazımdı.

Yaxşı bəs sonda nə demək istəyirsən? Bizə son sözün...

Son sozum "To be continued” .. )

Категория: HOST | Добавил: aqsin
Просмотров: 931 | Загрузок: 0 | Рейтинг: 2.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

AXTAR
STATUS

İsmariciniz:

Группа:
Гости
Время:18:21

qeydiyyatdan kec!
Copyright MyCorp © 2024