Пятница, 29.03.2024, 11:16
ƏYLƏNCƏ DÜNYAN
Приветствую Вас STATUS | RSS

BÖLMƏLƏR
KATEQORİYA
Musiqi [3]
Şəkil [0]
Animasiya [1]
Proqramlar [5]
Oyun [5]
Web Master [4]
Xəbərlər [9]
Avto Dünya [0]
Teleserial [0]
Yumor [1]
Mobil Dünya [2]
İdman [0]
HOST [3]
QARADAQIRMIZI
MİNİ ÇAT
STATİSKA

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Форма входа
Главная » Файлы » Xəbərlər

Bermud üçbucağı
02.09.2010, 20:32

Bermud üçbucağı (və ya Şeytan üçbucağı) Atlantik okeanın şimalında Florida, Bermud adaları və Puerto Rikonu birləşdirən şərti xətlərin əhatə etdyi üçbucaq ərazidir. Təqribən yarım milyon kvadrat mil sahəsini tutur. Bermud üçbucağı burada çoxlu itmiş obyekt görə batmış yer və anomal zona kimi sayılır.

Şeytan üçbucağı və ya Şeytan dənizi kimi tanınan Bermud üçbucağı okeanın təqribən yarım milyon kvadrat mil (1.2 milyon km2) sahəsini tutur. Bu sahə gəmilərin, qayıqların və təyyarələrin itdiyi yüksək qəza bölgəsi kimi qeyd edilmişdir.

Bermud üçbucağı, kütləvi informasiya vasitələrinin təqdimatında naməlum fizika qanunlarının etibarlı olduğu və ya fizika qanunlarının işləmədiyi qeyri-adi bölgə kimi məşhurlaşmışdır. Bu üçbucaqda bir çox təyyarə və gəmilərin qeybə çəkildiyi kimi bir inanc olduğu halda, ABŞ və bir çox digər dövlətlər statistikaları ilə bu cür qəzaların digər səyahət bölgələrində də çox olduğunu təsdiq edirlər.

On illər boyunca burada baş verən bir çox qəribə hadisələr haqqında dəqiq informasiya verilməmiş və dərc edilməmişdir. Simsiz rabitənin çox inkişaf etmədiyi vaxtlarda bu cür hekayələrin danışıldığı bizə məlumdur. Çünki 1960-cı illərdən sonra bu bölgədə batan gəmilərin yoxa çıxması xeyli azalmışdır. Ümumiyyətlə isə Bermud üçbucağının bir Amerikan jurnalistinin məhsulu olduğunu düşünənlər də az deyil. Belə bölgələrin Yaponiya və Leyk Ontario ştatının yaxınlığında da olduğu iddia edilir.

Bu haqda yazıçı və araşdırmaçılar tərəfindən şeytanın bölgəsi, Atlantik ölkəsinin qalıqları, pis fikirli insanların əks cazibə aparatlarını istifadə etməsi, dördüncü boyutun burada hökmran olması kimi bir çox nəzəriyyələr irəli sürülmüşdür. Qəribə maqnit sahələri və okean dibinin qazla zəngin olması kimi düşüncələr bunların arasında ən çox işlədilən nəzəriyyələrdir. Bermuda üçbucağı əfsanəsinin müasir tarixi 5 donanma təyyarəsinin böyük fırtına ilə qarşılaşaraq yoxa çıxması ilə başlamışdır.

Qısaca, əksəriyyət insanlar tərəfindən Bermud üçbucağı sadəcə kimlərsə tərəfindən məşhurlaşdırılmış və qeyri-adi bölgəyə çevrilmiş bir əfsanə kimi qəbul olunmuşdur.

Категория: Xəbərlər | Добавил: aqsin
Просмотров: 881 | Загрузок: 0 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

AXTAR
STATUS

İsmariciniz:

Группа:
Гости
Время:11:16

qeydiyyatdan kec!
Copyright MyCorp © 2024