Четверг, 25.04.2024, 08:21
ƏYLƏNCƏ DÜNYAN
Приветствую Вас STATUS | RSS

BÖLMƏLƏR
KATEQORİYA
Musiqi [3]
Şəkil [0]
Animasiya [1]
Proqramlar [5]
Oyun [5]
Web Master [4]
Xəbərlər [9]
Avto Dünya [0]
Teleserial [0]
Yumor [1]
Mobil Dünya [2]
İdman [0]
HOST [3]
QARADAQIRMIZI
MİNİ ÇAT
STATİSKA

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Форма входа
Главная » Файлы » Xəbərlər

Dünyanın Sonu
02.09.2010, 19:41

ABŞ və İspaniya alimləri bütün dünyanı qorxudan xəbərdarlıqla çıxış ediblər.

Alimlərin "1999 RQ36” adı verdikləri nəhəng asteroid 2182-ci il sentyabrın 24-də Yer kürəsinin atmosferinə daxil olacaq və 1/1000 ehtimalla Yer kürəsinə çarpıla bilər.

1999-cu ildə kəşf edilən nəhəng asteroidin diametri 550 metrdir. Alimlər bildiriblər ki, bu böyüklükdə asteroid dünyamızla toqquşarsa, bütün canlılar yox olma təhlükəsi ilə üzləşəcəklər. Bu nəhəng asteroidi müxtəlif yollarla Yer kürəsindən yan keçirmək üçün ən azı 100 il əvvəl hərəkətə keçmək lazımdır. Gecikmə olarsa, bu təhlükəni sovuşdurmaq üçün daha böyük layihə və maliyyə lazımdır.

Astronomlar "1999 RQ36” Yer kürəsinə 2036-cı ildə çarpma ehtimalı olan "Apophis”’ asteroidi ilə müqayisədə dünyanı yox etməsi ehtimalının daha yüksək olduğunu vurğulayıblar. 20 milyon ton ağırlıqda və diametri 300 metr olan "Apophis” 2029-cu ildə Yer kürəsindən 32 min kilometr uzaqlıqdan keçəcək. Orbitinə uyğun olaraq yenidən Yer kürəsinə istiqamətlənəcək asteroid 13 aprel 2036-cı ildə planetimizlə toqquşacaq. Ancaq "Apophis”in həmin gün Yer kürəsi ilə toqquşma ehtimalı 250 mində birdir. Yəni "Apophis”un planetimizi yox etmə ehtimalı "1999 RQ36” ilə müqayisədə daha azdır.

Alimlər bildiriblər ki, "1999 RQ36” kimi nəhəng asteroidi dayandırmaq üçün nüvə partlayışı, nəhəng güzgülərlə günəş şüalarını əks etdirərək asteroidin orbitini dəyişdirmək, yaxud onunla bir kosmik gəmini toqquşdurmaq kimi layihələri həyata keçirməyə imkan verən texnologiya hələ yoxdur. ABŞ-ın Lawrence Livermore Milli Laboratoriyasında işləyən fizik David Dearborn isə hesab edir ki, böyük asteroidləri dayandırmaq üçün nüvə partlayışları yaxşı seçim deyil. Onun sözlərinə görə, Yer kürəsinə yaxın məsafədə olan asteroidi nüvə partlayışı ilə parçalara ayırmaq məntiqli çözüm olmaya bilər.

Категория: Xəbərlər | Добавил: aqsin
Просмотров: 826 | Загрузок: 0 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

AXTAR
STATUS

İsmariciniz:

Группа:
Гости
Время:08:21

qeydiyyatdan kec!
Copyright MyCorp © 2024